

Naxçıvanda kütləvi qida zəhərlənməsi olub
Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsilə yeddi nəfər yerləşdirilib.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, bu barədə Mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar: "Onların vəziyyəti orta-ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb".
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli "fastfood" qidaların istehlakı olub.
Məsələ ilə bağlı Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən də açıqlama verilib. Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb.
“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, - o qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıblar - YENİLƏNİB
Gəncədə qida zəhərlənməsi baş verib
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
Gəncədə qida zəhərlənməsi ehtimal olunan hadisə nəzarətə götürülüb - YENİLƏNİB-2
Gəncədə 6 nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırmalar başlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda güclü yanğın baş verib
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
