DYP avtomobildə azyaşlıların daşınma qaydası ilə bağlı xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

DYP avtomobildə azyaşlıların daşınma qaydası ilə bağlı xəbərdarlıq edib


Avtomobildə azyaşlıların daşınma qaydası

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də azyaşlıları avtomobilin ön oturacağında daşıyan, hərəkət zamanı onları nəzarətsiz qoyan, yaxud qucağında körpə uşaqla avtomobil idarə edən sürücülərə rast gəlinir".

Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Qanunun tələbi: 12 yaşınadək uşaqları ön oturacaqda, 3 yaşınadək olanları müşayiətçi olmadan arxa oturacaqda daşımaq qadağandır

"Nədənsə belə sürücülər ekstremal vəziyyətlərdə aciz qalacaqlarını bildikləri halda, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını sanki unudurlar. Qanun isə tələb edir ki, minik avtomobillərində uşağı saxlayan xüsusi qurğu olmadıqda 12 yaşınadək uşaqları ön oturacaqda, habelə 3 yaşınadək uşaqları onların yanında bir nəfər böyük müşayiətçi olmadıqda arxa oturacaqda daşımaq qadağandır və belə hallar inzibati məsuliyyət yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi sadalanan qaydaların gələcəyimiz olan uşaqların təhlükəsizliyinə hesablandığını bir daha xatırladır və həmin tələbləri pozmaqla bədbəxt hadisələrə rəvac verən sürücüləri yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır", idarədən bildirilib.

Oxşar xəbərlər

DYP: 12 yaşınadək uşaqları ön oturacaqda, 3 yaşınadək olanları müşayiətçi olmadan arxa oturacaqda daşımaq qadağandır
Yol polisi körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət edib
Yol polisi avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib
Yol polisi avtomobilini azyaşlılara həvalə edən şəxslərə müraciət edib
DYP azyaşlı övladlarına avtomobil həvalə edən valideynlərə xəbərdarlıq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər