DYP: 12 yaşınadək uşaqları ön oturacaqda, 3 yaşınadək olanları müşayiətçi olmadan arxa oturacaqda daşımaq qadağandır
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də azyaşlıları avtomobilin ön oturacağında daşıyan, hərəkət zamanı onları nəzarətsiz qoyan, yaxud qucağında körpə uşaqla avtomobil idarə edən sürücülərə rast gəlinir".
APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
"Nədənsə belə sürücülər ekstremal vəziyyətlərdə aciz qalacaqlarını bildikləri halda, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını sanki unudurlar. Qanun isə tələb edir ki, minik avtomobillərində uşağı saxlayan xüsusi qurğu olmadıqda 12 yaşınadək uşaqları ön oturacaqda, habelə 3 yaşınadək uşaqları onların yanında bir nəfər böyük müşayiətçi olmadıqda arxa oturacaqda daşımaq qadağandır və belə hallar inzibati məsuliyyət yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi sadalanan qaydaların gələcəyimiz olan uşaqların təhlükəsizliyinə hesablandığını bir daha xatırladır və həmin tələbləri pozmaqla bədbəxt hadisələrə rəvac verən sürücüləri yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa çağırır", idarədən bildirilib.
Oxşar xəbərlər
Yol polisi avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib
Yol polisi avtomobilini azyaşlılara həvalə edən şəxslərə müraciət edib
Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatını itirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
