Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır
Ağstafada şagird məktəbli yoldaşına xəsarət yetirib, araşdırma aparılır.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayonu Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci və 9-cu sinif şagirdləri arasında qeydə alınıb.
Hadisə zamanı şagirdlərdən biri xəsarət alıb.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər arasında dərsdən sonra idman meydançasında mübahisə yaranıb:
"Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib. Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. Məktəblilərin valideynləri də təhsil müəssisəsinə dəvət edilib, onlarla görüş keçirilib".
Hüquq-mühafizə orqanlarının insidentlə bağlı araşdırma apardığı bildirilib.
Oxşar xəbərlər
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib, araşdırma aparılır - RƏSMİ
Gəncədə şagird məktəb yoldaşı ilə insident nəticəsində xəsarət alıb, araşdırma aparılır - YENİLƏNİB
Kürdəmirdə şagird məktəb yoldaşına xəsarət yetirib
Ağstafada 9-cu sinif şagirdi bıçaqlanıb
Kürdəmirdə məktəbli 11-ci sinif şagirdinə xəsarət yetirib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

