Masallıda sexdə yanğın olub
sizinxeber.az xəbər saytı

Masallıda sexdə yanğın olub


Masallıda sexdə yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Masallı şəhəri, İntiqam Əsgərli küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 420kv.m. olan plastik qapı-pəncərə və qaynaq sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin içərisində plastik materiallar 20kv.m. sahədə və lambirdən ibarət tavanı 20kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Sumqayıtda sexdə yanğın olub
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub
Masallıda ikimərtəbəli evdə yanğın olub
Gəncədə sexdəki yanğın söndürülüb - YENİLƏNİB
Masallıda evdə yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər