Gəncədə sexdəki yanğın söndürülüb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Xəsarət alan yoxdur.
Gəncədə sexdə baş vermiş yanğın söndürülüb
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub və alovun qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır.
Gəncədə sexdə yanğın baş verib, xəsarət alan var.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə Mirzə Şəfi Vazeh küçəsi, 61 ünvanında yerləşən sexlərin birində qeydə alınıb.
Yanğin zamanı xəsarət alanın olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.
Yanğının səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda kafedə yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mingəçevirdə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda taxta sexi yanıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












