sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb
Naxçıvanda avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Cəhri-Buzqov avtomobil yolunun 15-18-ci km-lik hissəsində qeydə alınıb.
Güclü yağışlar nəticəsində qaya parçaları qoparaq yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Sözügedən yolda yaranmış problemlə bağlı əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər davam etdirilir.
Oxşar xəbərlər
AAYDA: Qubada qaya parçaları yoldan kənarlaşdırılır, qısa müddətdə hərəkət bərpa olunacaq
Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB
Nazirliklər Badamdarda qaya parçaları uçması ilə bağlı məlumat yayılıb
Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılır
Naxçıvanda güclü yağış nəticəsində avtomobil yollarında məhdudiyyət yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












