Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB


Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub. 

10:52

Quba rayonunda qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb. 

"Sizinxeber.az" xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.

Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:

"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq"- deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

AAYDA: Qubada qaya parçaları yoldan kənarlaşdırılır, qısa müddətdə hərəkət bərpa olunacaq
Qubada qaya parçaları yola düşüb, 10-dan çox kəndlə əlaqə kəsilib - VİDEO
Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb
Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb
Ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle