SSRİ bayrağı altında, sinəsində "Georgi lenti" ilə çıxış edən Saleh Səmədov Ağsaqqallar Şurasından çıxarılıb
Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatında bildirilib.
Qeyd edilib ki, iclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.
"İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib", - məlumatda deyilir.
Oxşar xəbərlər
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Bakıya gəlir
Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
İrəvan Ağsaqqallar Şurasının üzvünün avtomobili yandırılıb
TDT-nin Şimali Kiprdə iclası keçiriləcək
İrəvan Ağsaqqallar Şurasının üzvünə məxsus avtomobili yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
