İraq və İran sərhəd nəzarətini gücləndirəcək
Bağdad və Tehran təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və sərhəd bölgələrində silahlı qrupların hərəkətinin qarşısını almaq üçün əlavə tədbirlər görmək barədə razılığa gəliblər.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə İraq Baş nazirinin milli təhlükəsizlik müşaviri Qasım əl-Ərəcinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Razılaşmalar İraq və İran Ali Təhlükəsizlik Komitəsinin Bağdadda keçirilən iclasından sonra əldə edilib.
Tərəflər birgə koordinasiyanın gücləndirilməsinin, sərhəd nəzarətinin möhkəmləndirilməsinin və fəaliyyətləri İraq, İran və bütün regionun təhlükəsizliyinə təhdid yarada biləcək terrorçu və silahlı qrupların ölkəyə daxil olmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Bəyanata görə, İran tərəfi Bağdada İraq Kürdüstanının muxtar bölgəsində yerləşən bir neçə İran silahlı qrupunun fəaliyyəti ilə bağlı məlumat çatdırıb.
Müzakirələrdən sonra tərəflər bu məsələni hərtərəfli həll etmək üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Oxşar xəbərlər
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
"Emirates" İordaniya, İraq, İran və Livana bir neçə reysi ləğv edib
İraq və Suriyanın şimalında son bir həftədə 73 terrorçu öldürülüb
İraq və Suriyanın şimalında 4 terrorçu öldürülüb
“Lufthansa” İran və İraq üzərindən uçuşları dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
