

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyi daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.
FHN-dən Sizinxeber.az-ya verilən məlumata görə, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndində fəaliyyət göstərən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Təhlükə yarada biləcək pozuntular
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinəsinin aparılmadığı, tutumların üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının keçirilmədiyi, həmçinin məntəqənin maye və təbii qaz obyektlərinin istismarı fəaliyyəti növünə xüsusi icazə alınmadan istismar olunduğu müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Oxşar xəbərlər
Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Ağcabədidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Gədəbəydə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Göygöl şəhərində maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
