Məhkəmədə Ermənistan siyasi-hərbi rəhbərliyinin Şuşanın işğalına göstəriş verməsini təsdiq edən sübutlar tədqiq olunub
sizinxeber.az xəbər saytı

Məhkəmədə Ermənistan siyasi-hərbi rəhbərliyinin Şuşanın işğalına göstəriş verməsini təsdiq edən sübutlar tədqiq olunub


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı bir sıra videomateriallar nümayiş olunub.

"Report" xəbər verir ki, həmin videomateriallara Ermənistanın işğal dövründə hazırladığı reportajlar da daxildir.

Nümayiş etdirilən dəlillərdən biri Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə qeydlərinin əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib.

Vurğulanıb ki, Şuşanın işğalı barədə hazırlanmış plan Vazgen Sarkisyana (Ermənistanın birinci müdafiə naziri – red.) təqdim edilib. Əlavə olunub ki, V.Sarkisyan plana razılıq verib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli deyib ki, bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verməsini sübut edir.

Məhkəmədə nümayiş etdirilən diger videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin adları, - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyan, – çəkilib. Ermənilərin hazırladığı videomaterialda qeyd edilib ki, hücumun məqsədi işğalla yanaşı, Şuşanın “yeriyən həşəratlardan təmizlənməsi” olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Erməni general: Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında Robert Köçəryan və Serj Sarkisyan iştirak edib
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Tuqay Rəhimli: Tərtərdə işğal nəticəsində ümumilikdə 1 127 əmlak üzrə 155 milyon AZN-dən çox ziyan vurulub
Manukyandan daha bir etiraf: Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində xidmət edən hərbçilər təhsil üçün xaricə Ermənistan tərəfindən göndərilir
Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev - DOSYE

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle