Erməni general: Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında Robert Köçəryan və Serj Sarkisyan iştirak edib
sizinxeber.az xəbər saytı

Erməni general: Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında Robert Köçəryan və Serj Sarkisyan iştirak edib


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.

"Sizinxeber.az"un xəbərinə görə, Q.Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər.

O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

David İşxanyan Birinci Qarabağ müharibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın roluna dair açıqlama verib
Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi
Arkadi Qukasyan: Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub
Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər