Binəqədidə 37 yaşlı kişinin qətli ilə bağlı qohumu həbs olunub
sizinxeber.az xəbər saytı

Binəqədidə 37 yaşlı kişinin qətli ilə bağlı qohumu həbs olunub


Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, aprelin 21-də 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, dünən Ədil Məhərrəmovun qaynatası tərəfindən bizlə qətlə yetirilməsi barədə məlumat yayılıb.

Oxşar xəbərlər

Bakıda aktyor və arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
İki gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb
Qardaşını analarının gözü qarşısında amansızlıqla öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayır
İki nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər