İşə düzəltmək, təqaüd bərpa etmək adı ilə 89 min manata yaxın pulu ələ keçirən şəxslər saxlanılıb
Nəsimi rayonu ərazisində ayrı-ayrı vətəndaşların ümumilikdə 88600 manatının dələduzluq yolu ilə mənimsənilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, paytaxt sakini olan 65 yaşlı qadın övladının işə düzəldiləcəyi vədi ilə aldadılıb və 80 min manatı ələ keçirilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı N.Şükürov və 37 yaşlı N.Qasımova saxlanılıblar.
Rayon ərazisində daha bir analoji hadisə baş verib. 65 yaşlı bir nəfərin təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını ələ keçirən V.Allahverdiyev saxlanılıb.
Bundan başqa, vətəndaşın etibarından sui-istifadə edib 5100 manatını ələ keçirməkdə şübhəli bilinən 38 yaşlı E.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Bakıda ahıl qadının 80 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda 75 min manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda 75 minə yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda iki nəfərə qarşı 12 min manatlıq dələduzluq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












