"Talassemiya işi" üzrə məhkəmə hava şəraiti ilə bağlı təxirə salınıb
sizinxeber.az xəbər saytı

"Talassemiya işi" üzrə məhkəmə hava şəraiti ilə bağlı təxirə salınıb


Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməsin mümkün olmadığı məlum olub. 

Hakim bildirib ki,  şahidlər də məhkəməyə gətirilib. Bunlar Talassemiya Mərkəzini baş həkimi Xuraman Cəfərova və Gömrük Xəstəxanasının həkimi Mircəlal Kazımi məhkəməyə çağırılıblar. Onlar gəlsələr də, təqsirləndirilən şəxslərin iştirak təmin olunmadığı üçün onların ifadəsi ən alınması mümkün olmayıb. 

Hakim deyib ki, təqsirləndirilən şəxslər məhkəməyə hava şəraiti ilə bağlı gətirilməyiblər: "Hava vəziyyəti düzəldə, gətirilə bilərlər. Bu da müəmmalıdır. Buna görə də iclas təxirə salınır".

Məhkəmə prosesi aprelin 23-ə qədər təxirə salınıb.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Tanınmış həkimlər talassemiyalı uşaqlara yığılan pulun mənimsənilməsi ilə bağlı məhkəməyə çağırılacaq
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Bu şəraiti ona baş həkim yaratmışdı
Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunanların məhkəməsində zərərçəkənlər ifadə verib
Talassemiyalı uşaqlarla bağlı məhkəmədə tanınmış həkimlərin prosesə çağırılması tələb olunub
Tanınmış həkimlər talassemiyalı xəstələrin pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə dindiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle