Ağdamda azad edilmiş ərazidə mina hadisəsi baş verib, rayon sakini yaralanıb
sizinxeber.az xəbər saytı

Ağdamda azad edilmiş ərazidə mina hadisəsi baş verib, rayon sakini yaralanıb


Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verib.

APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

1983-cü il təvəllüdlü Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Oxşar xəbərlər

Ağdam sakini minaya düşüb
Qarabağda daha bir nəfər minaya düşüb
Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb
Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır - YENİLƏNİB
Füzulidə sursat partlayıb, yaralanan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle