Bakıda 20 kq narkotikin satışının qarşısı alınıb, keçmiş məhkum tutulub
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz davam etdirilir.
DİN-dən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında paytaxt ərazisində keçirilən əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı Ruslan Nəsirov tutulub. Ondan 20 kiloqram tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə İmişli rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi gəlir qazanmaq niyyətində olduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. R.Nəsirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda avtomobildə 32 kq narkotik aşkarlanıb - VİDEO
Bakıda avtomobildə 33 kq narkotik tapılıb
Bakıda avtomobildə İrandan göndərilən 32 kq narkotik aşkarlanıb
Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













