Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 1997-ci il təvəllüdlü Tərlan Əzimov Şabran rayonu ərazisində saxlanılıb.
APA xəbər verir ki, onun üzərindən və avtomobilindən 50 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 4780 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
T.Əzimov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Xəzər dənizinin Şabran rayonu sahilində əvvəlcədən müəyyən olunmuş yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdə 50 kq narkotik aşkarlanıb
DİN keçirdiyi əməliyyatlarda 24 kq narkotik aşkarlanıb
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Narkotik satışına görə 3 nəfər həbs olunub, 38 kq marixuana və tiryək götürülüb
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













