Güclü külək şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib
sizinxeber.az xəbər saytı

Güclü külək şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib


Güclü külək Qax və Zaqatalada bir sıra fəsadlar törədib.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən, Zaqatala və Qax rayonları ərazisində bir saat ərazində qeyr-sabit hava şəraiti hökm sürüb, fasilələrlə güclü külək və qısamüddətli yağış yağıb.

Bölgədə güclü külək daha çox Qax və Zaqatala rayonlarında müşahidə olunub. Güclü külək Qax rayonun Lələpaşa kəndində bir fərdi yaşayış evinin dam örtüyünün bir hissəsini qoparıb.

Külək Qazmalar və Qaşqaçay kəndində isə ümumilikdə iki vətəndaşa məxsus tövlənin dam örtüyünü dağıdıb. Güclü külək səbəbilə Qax rayonunun bır sıra kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Güclü külək səbəbilə Zaqatalanın Yuxarı Tala, Aşağı Tala, Gəyəm, Car, Mazıx və Muxax kəndlərinə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.

Qax və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları hadisə baş verən andan ərazilərə cəlb olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıb.

Hazırda bir çox ərazilərdə güclü külək səbəbilə baş vermiş fəsadlar demək olar ki, tam aradan qaldırılıb.

Oxşar xəbərlər

Zaqatalada güclü külək yaşayış binasının dam örtüyünü uçurub
Zaqatalada güclü külək fəsadlar törədib, binanın dam örtüyü uçub - FOTO
Zaqatalada leysan yağışları fəsadlar törədib - VİDEO
Güclü külək Oğuzda fəsadlara səbəb olub
Zaqatalada güclü külək fəsadlar törədib, binanın dam örtüyü uçub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle