ABŞ ordusu: "Hörmüz boğazı açıqdır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2026
17:22
ff

ABŞ ordusu: "Hörmüz boğazı açıqdır"

12 iy, 2026
17:22
614

ABŞ ordusu: "Hörmüz boğazı açıqdır"

Hörmüz boğazı bütün gəmilərin keçidi üçün açıqdır.

Oxu.Az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" platformasında paylaşım edib.

"Hörmüz boğazı bütün gəmilər üçün açıqdır. ABŞ Silahlı Qüvvələri öz mövqelərindədir və gəmiçilik azadlığını təmin etməyə hazırdır", - deyə komandanlığın bəyanatında bildirilir.

Komandanlıqdan qeyd olunub ki, İran boğaza nəzarət etmir və son yeddi gün ərzində oradan 140-dan çox gəmi keçib.

Qeyd edək ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazını icazəsiz marşrutla keçməyə cəhd edən gəmiyə xəbərdarlıq atəşi açmışdı. Hadisə ilə əlaqədar SEPAH tərəfindən boğazın növbəti xəbərdarlığadək bağlandığı elan edilmişdi.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul