Prokuror adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata cəza istəyib
sizinxeber.az xəbər saytı

Prokuror adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata cəza istəyib


Bakıda bir nəfəri bıçaqlamaqda ittiham olunan keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses aprelin 11-nə təyin edilib.

İttihama görə, hadisə 2024-cü ildə Nizami rayonunda qeydə alınıb. Emin İbrahimov səki ilə hərəkətdə olan zaman onunla üzbəüz gələn Kamal Şükürovla çiyin-çiyinə toxunub. Bu səbəbdən onlar mübahisə ediblər. Onların arasında dartışma zamanı Emin İbrahimov üzərində olan bıçaqla Kamal Şükürovun qarın nahiyəsindən bir dəfə vurub.

İttihama münasibət bildirən E.İbrahimov özünü təqsirli bilməyib və ittihamı qəbul etməyib.

Sabiq diplomata istintaq orqanı tərəfindən Emin İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Emin İbrahimov 2007-2020-ci illərdə diplomatik xidmətdə olub. O, 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə isə Azərbaycanın Uruqvaydakı diplomatik nümayəndəliyində işləyib.

Oxşar xəbərlər

Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata 10 il cəza istənilib
Adam bıçaqlamaqda təqsirləndirilən sabiq diplomata cəza istənilib
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Prokuror dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 18 il cəza istəyib
Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomatın məhkəməsində ittiham aktı elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle