Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən Ermənistan Respublikasının keçmiş prezidenti Robert Köçəryanla bağlı da danışıb.
"Report" xəbər verir ki, o, 1988-ci ildə Qarabağda keçirilən mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib:
“Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılardan olub, çünki “Krunq” təşkilatının üzvü idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Davit Allahverdiyan: Mənə qarşı münasibət yaxşı olub
Qarik Matrosyandan etiraf: Birinci müharibədə Ağdamda, ikinci müharibədə Əsgəranda olmuşam
Arkadi Qukasyan: “Böyük Ermənistan” ideyası nağıldır
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi bu tarixdə davam etdiriləcək
Ermənilər tərəfindən 1988-2024-cü illər ərzində 18 min 850 şəxs qəsdən öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
