Ermənilər tərəfindən 1988-2024-cü illər ərzində 18 min 850 şəxs qəsdən öldürülüb
Ermənilər tərəfindən 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmədə prokuror ittiham aktının nəticəvi hissəsini elan edən zaman deyib.
O bildirib ki, qeyd olunan dövr ərzində 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.
Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktları və iş üzrə təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham akının hissəsini elan ediblər.
Oxşar xəbərlər
Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi terrorçuluq cinayətlərinin bir hissəsi açıqlanıb
Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi bu tarixdə davam etdiriləcək
Müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard AZN-dən çox ziyan vurulub
44 günlük müharibə zamanı daşınar və daşınmaz əmlaklara 187 milyon manatdan artıq ziyan vurulub - Dövlət ittihamçısı
Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













