Arkadi Qukasyan: “Böyük Ermənistan” ideyası nağıldır
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırır.
APA xəbər verir ki, o, prokurorun “Böyük Ermənistan” ideologiyası ilə razısınızmı?” sualına cavabında bu ideyanı nağıl adlandırıb: “Böyük Ermənistanla” bağlı... Çoxdandır nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Davit Manukyan: Xankəndidəki mənzilimdə tapılan silahlar Ermənistan Polis İdarəsində qeydiyyatdadır
Ermənistan silahlı qüvvələrinin generalı Davit Manukyan Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib
Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Arayik Harutyunyan ona və ittiham olunan digər şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













