Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncədə 12 yaşlı oğlan xəstəxanada vəfat edib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində 12 yaşlı M.B-ov yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 01.02.2025–ci il tarixində saat 19:00 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20 radələrində Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş miningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 08:00 radələrində ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göygöldə beş nəfər zəhərlənib, bir nəfər ölüb - YENİLƏNİB-2
Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB
Gəncədə yeniyetmə oğlan xəstəxanada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
