Mingəçevirdə yeni doğulan körpə ölüb - YENİLƏNİB
Mingəçevir şəhərində yeni doğulan körpə dünyasını dəyişib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayon sakini, Ş.Abdullazadə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.
Qadının dünyaya gətirdiyi oğlan uşağı ölüb. Ananın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Bu, onun ilk doğuşu olub.
Yaxınları ananın və körpənin doğuşdan öncə səhhətlərində hər hansı problemin olmadığını bildiriblər.
Xəstəxanadan isə çəkisi 3 kilo 700 qram, boyu 52 santimetr olan kişi cinsli körpənin ölü doğulduğu bildirilir.
"Körpənin ölüm səbəbi hələ məlum deyil, məsələ ilə bağlı araşdırma aparılır", - xəstəxanadan qeyd edilib.
Mingəçevir şəhərində yeni doğulan körpə dünyasını dəyişib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının doğum şöbəsində yeni doğulan körpə vəfat edib.
Körpənin anasının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Oxşar xəbərlər
Mingəçevirdə körpə ölüb, anasının vəziyyəti ağırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
