İstanbuldan qayıdan şəxsdə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
sizinxeber.az xəbər saytı

İstanbuldan qayıdan şəxsdə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda siqaret aşkar edilib.

Bu barədə APA-ya DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadanlara stasionar rentgen qurğusunda baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı çamadanlardan gömrük orqanlarına bəyan edilməyən, məcburi nişanlama ilə nişanlanmayan 27 640 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Bakıda külli miqdarda aksiz markasız siqaret aşkar edilib - FOTO
Külli miqdarda aksiz markasız siqaret aşkar edilib
Türkiyədən Azərbaycana yük gətirən maşınlarda 208 min aksiz markasız siqaret aşkar edilib - FOTO
Bakıda mağazada külli miqdarda aksiz markasız elektron siqaret aşkar edilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər