Külli miqdarda aksiz markasız siqaret aşkar edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
noy
2024
10:50

Külli miqdarda aksiz markasız siqaret aşkar edilib

28 noy, 2024
10:50
964

Külli miqdarda aksiz markasız siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində iki nəfər şəhər sakininə məxsus nəqliyyat vasitələrinə, həmçinin müvafiq məhkəmə qərarı əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinə baxış keçirilib.

APA xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Baxış zamanı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 210 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın