Astara sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Astara sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB


Astara rayonunda 41 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan "Sizinxeber.az"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

10:17

Astara rayonunda 41 yaşlı kişi bıçaqlanıb.

“Sizinxeber.az”un Cənub bürosunun məlumatına görə, Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Şiyəkəran kənd sakini, 1984-cü il təvəllüdlü Fərrux İlqar oğlu Axundov qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Astarada 41 yaşlı kişi bıçaqlanıb
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gəncədə yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb
Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər