Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb
sizinxeber.az xəbər saytı

Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb


Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, mikroavtobusda rayonun Çinarlı kənd sakini, 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi və qohumu, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Sizinxeber.az"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 11 radələrində Biləsuvar rayonu ərazisində 2006-cı il təvəllüdlü V.Həmidliyə kəsilmiş deşilmiş xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb, saxlanılan var
Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb
Göygöldə 43 yaşlı kişi mübahisə zəminində bıçaqlanıb, saxlanılan var
Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
İmişlidə həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tələbə olub - TƏFƏRRÜAT - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər