İrandan Azərbaycana gətirilən külli miqdarda narkotik aşkarlanıb, 2 əcnəbi həbs edilib
Gömrük postunda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkar edilib.
Bu barədə Sizinxeber.az-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Məlumata görə, İran İslam Respublikasından yük nəqliyyat vasitəsində daşıyıcı şirkət vasitəsilə idxal olunan yüklərə Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda rentgen qurğusunda baxış keçirilib və bir ədəd qara rəngli sellofan torbada olan rezin boruların içərisində şübhəli cizgilər müşahidə edilib.
Bildirilib ki, baxış zamanı həmin rezin boruların içərisində, ümumilikdə 42 ədəd sellofana bükülmüş bağlama müəyyən olunub. Həmin bağlamalardan 25 ədədinin içərisindən xüsusilə külli miqdarda, 983.316 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
Aşkar edilmiş psixotrop maddəni ölkə ərazisində təhvil alacaq şəxslərin müəyyən edilməsi istiqamətində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində psixotrop maddə olan rezin boruları təhvil alan 2 nəfər xarici ölkə vətəndaşı saxlanılıb və onlardan xeyli miqdarda narkotik vasitə - 16 həb metadon və 1 həb onun qırıntısı aşkarlanıb.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə xarici ölkə vətəndaşları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Yasamal rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq aparılır.
Oxşar xəbərlər
İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edilib
Naxçıvanda İrandan Bolqarıstana yük aparan maşında 7 kq narkotik tapılıb - FOTO
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO
Astarada İrandan Rusiyaya meyvə aparan maşında 76 kq narkotik aşkar edilib - FOTO
DGK: 549 900 ədəd saxta aksiz markası və nişanlar aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













