Naxçıvanda İrandan Bolqarıstana yük aparan maşında 7 kq narkotik tapılıb - FOTO
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Bolqarıstan Respublikasına “şüşə” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinindəki yatağın içərisində xüsusi düzəldilmiş bölmədə gizlədilən 7 bükümdə ümumi təmiz çəkisi - 1 kq 508,075 qram narkotik vasitə - qurudulmuş marixuana və 24 bükümdə ümumi təmiz çəkisi - 7 kq 882,581 qram narkotik vasitə - həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada İrandan Rusiyaya meyvə aparan maşında 76 kq narkotik aşkar edilib - FOTO
Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlanıb
İrandan Bolqarıstana narkotik vasitə aparan sürücü Naxçıvanda saxlanılıb
İrandan Türkiyəyə narkotik aparan sürücü Naxçıvanda saxlanılıb
Türkiyədən gələn maşında sursat aşkarlanıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













