“Telegram”da kiber üsullarla bank kartlarından oğurluq edən şəxs həbs olunub
“Telegram” sosial şəbəkəsində kiber üsullarla bank kartlarından oğurluq edən şəxsi polis saxlayıb.
Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu ərazisində yaşayan bir nəfərin bank kartından 1070 manat maddi vəsaitin naməlum şəkildə digər hesaba köçürülərək oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə təqsirli bilinən Cavid Kərimov saxlanılıb.
Araşdırmalarla onun “telegram” sosial şəbəkəsində səhifələr açaraq müxtəlif kiber üsullarla bank kartlarından oğurluq etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, C.Kərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb
Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutulub
Bakıda elektromobillərdən oğurluq edən şəxs saxlanılıb
Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb
Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













