Dələduzluqda və rüşvət almaqda təqsirləndirilən şəxsin cəzası 2 il azaldılıb
Öz qulluq mövqeyindən istifadə etməklə dələduzluqda təqsirləndirilən Gülgün Nəsirova barəsində olan cinayət işi üzrə hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Gülgün Nəsirovanın cəzası 3 ilə endirilib.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Gülgün Nəsirova 5 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Oxşar xəbərlər
Rüşvət almaqda və dələduzluqda iittiham olunan MN zabitinin məhkəməsi başlayıb
Rüşvət almaqda və dələduzluqda ittiham olunan MN zabitinin məhkəməsi başlayıb
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib
Cəlilabad arxiv idarəsinin rüşvətə görə tutulan müdirinin cəzası azaldılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
