Ötən il 17 vəkilin kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub, 12-sinin fəaliyyəti müvəqqəti dayandırılıb
sizinxeber.az xəbər saytı

Ötən il 17 vəkilin kollegiyadan çıxarılması ilə bağlı məhkəməyə müraciət olunub, 12-sinin fəaliyyəti müvəqqəti dayandırılıb


Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, bu şikayətlərdən 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb:

"İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %) isə fiziki və hüquqi şəxslərdən daxil olub".

Məlumata görə, intizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib.

"Belə ki, 41 (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6 %) irad, 34 (17 %) töhmət, 55 (27 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16 %) qiymət verilməsinin mümkün olmaması, 12 (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8 %) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb".

Ötən il Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda 15 vəkil cəzalandırılıb, 11 vəkilə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki vəkilin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Eldar İbrahimov: VII çağırış Milli Məclisin fəaliyyəti dövründə heç bir intizam pozuntusu qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İntizam pozuntularına yol verən iki vəkillə bağlı məhkəməyə müraciət edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər