Eldar İbrahimov: VII çağırış Milli Məclisin fəaliyyəti dövründə heç bir intizam pozuntusu qeydə alınmayıb
VII çağırış Milli Məclisin fəaliyyəti dövründə İntizam komissiyasına heç bir müraciət daxil olmayıb.
Bununla bağlı "Sizinxeber.az"a açıqlamasında İntizam komissiyasının sədri Eldar İbrahimov məlumat verib.
O qeyd edib ki, sessiya ərzində komissiya iki iclas keçirib:
"Bu iclaslardan biri komissiyanın formalaşdırılması ilə əlaqədar ilk iclas, digəri isə ümumi məsələlərin müzakirəsi üçün toplantı olub. Sessiya ərzində heç bir intizam pozuntusu qeydə alınmayıb və komissiyaya hər hansı müraciət daxil olmayıb".
Xatırladaq ki, VII çağırış parlament 2024-cü il sentyabrın 1-də növbədənkar keçirilmiş seçki ilə formalaşıb. Milli Məclisin sentyabrın 23-də keçirilən ilk iclasında İntizam komissiyası yaradılıb.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin İntizam və Hesablayıcı komissiyaları formalaşdırılıb, sədrlər seçilib - SİYAHI
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Naxçıvan Ali Məclisinin payız sessiyası başlayıb
VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













