İntizam pozuntularına yol verən iki vəkillə bağlı məhkəməyə müraciət edilib
sizinxeber.az xəbər saytı

İntizam pozuntularına yol verən iki vəkillə bağlı məhkəməyə müraciət edilib


Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan dörd vəkilin isə fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb, müsbət qərarlar verilib, onlara vəsiqələr təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına order markası ayrılması barədə həmin Kollegiyanın sədrinin məktubuna, habelə “ULBS” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılıb, müvafiq qərarlar qəbul edilib.

Həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, hakimliyə qəbulla bağlı tədrisə cəlb olunan vəkillərin müəyyən müddətdə üzvlük haqqından azad olunmaları, o cümlədən öz istəkləri ilə vəkillik fəaliyyətinə xitam verilməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 1 irad, 2 vəkilə isə xəbərdarlıq olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər

İntizam pozuntularına yol verən bəzi vəkillərin işinə baxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda "İlin vəkili" nominasiyası təsis edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dələduzluğa görə faəliyyəti dayandırılan vəkil həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Bağırov Bakıda vəkilin intihar etməsinə münasibət bildirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstəriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər