Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlardan biri 1993-cü il təvəllüdlü Balakən rayonu Mahamalar kənd sakini Paraşov Orxan Nurəddin oğlu, digəri isə 1989-cu il təvəllüdlü Zaqatala rayon sakini Sabir Fazil oğlu Abdullayevdir.
***
22:05
Zaqatala şəhərində minik avtomobili aşıb, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 21 radələrində Zaqatala şəhəri, Bayraq meydanı adlanan ərazidə hərəkətdə olan minik avtomobili aşıb.
İlkin məlumata görə, qəza zamanı xəsarət alan iki nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıb.
Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Zaqatalada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - FOTO
Zaqatalada 69 yaşlı piyadanı maşın vuraraq öldürüb
Zaqatalada avtomobil velosipedçini vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













