Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır
sizinxeber.az xəbər saytı

Peskov: Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır


Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, təyyarə qəzası mövzusunda çıxış planlaşdırılmır", - o bildirib.

Bu yaxınlarda təyyarə qəzasının araşdırılması ilə bağlı ilkin hesabat açıqlanıb. Hesabatda təyyarənin gövdəsində aşkar edilən zədələrin kənar obyektlərin təsiri nəticəsində yarandığı göstərilir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində və oksigen balonunun partlamasına dair məlumat təqdim olunmayıb.

Qeyd edilir ki, saat 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Oxşar xəbərlər

Kreml AZAL-a məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasına dair hesabatı şərh etməyib
Kreml: Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmır
İlkin hesabat: AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Peskov: Putin Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib
AZAL təyyarəsinin idarəetmə sistemləri itirildikdən 8 dəqiqə sonra "Kover" əməliyyatı barədə məlumat verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle