Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB
Masallı rayonu Babaser kənd sakini 1995-ci il təvəlllüdlü Ağayeva Dünya Güləbala qızı 04.01.2025-ci il tarixdə dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diqanozu ilə Masallı RMX PHŞ-in reanimasiya şöbəsinə daxil olmuş, göstərilən tibbi yardımlara baxmayaraq D.Ağayeva 10.01.2025-ci il tarixdə saat 10 radələrində müalicə aldığı xəstəxanada ölüb.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
***
12.38
Yanvarın 4-də saat 00:20 radələrində 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-da saat 09:40-da ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mətbuatda qadının zəhərlənib ölməsilə bağlı məlumatlar yayılıb.
Məryəm Surxay
Oxşar xəbərlər
Masallıda zəhərləndiyi deyilən qadının meningitdən öldüyü məlum olub
Masallıda 20 yaşlı qız zəhərlənərək ölüb
Ağdaş sakini qeysəriyyə əməliyyatından sonra ölüb, uşaq ölü doğulub - YENİLƏNİB-1
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Masallıda baş verən qəzada piyada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













