Qusarda 23 yaşlı oğlunu öldürməyə cəhd edən 84 yaşlı kişinin məhkəməsi başlayıb
Qusarda oğlunu öldürməyə cəhddə təqsirləndirilən Sərkar Duraxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 30-da baş verib. Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu bildirilir.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Qusarda 23 yaşlı oğlan güllələnib, 83 yaşlı atası saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qusarda 23 yaşlı oğlan güllələnib, şübhəli bilinən 83 yaşlı atası saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda qadını öldürməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda həmkəndlisi olan qadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












