İmişlidə avtomobil məktəbliləri vurub, iki şagird ölüb   - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

İmişlidə avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB-1


İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

Bu barədə Lent.az saytı mənbələrinə istinadən xəbər yayıb.

Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyəti ağır olduğu bildirilir.

14:12

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

13:21

İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində avtomobil 3 məktəblini vurub.

Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İmişlidə avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
İmişlidə avtomobil məktəbliləri vurub, iki uşaq ölüb
Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib
İmişlidə avtomobil üç məktəblini vurub, biri ölüb, ikisi yaralanıb
Polis zabiti avtomobil qəzasında vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər