Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb
sizinxeber.az xəbər saytı

Ötən il korrupsiya ilə bağlı 43 şəxs cinayət başında yaxalanıb


Ötən il korrupsiya ilə bağlı əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb.

Habelə bu qəbildən cinayətlərin törədilməsi ilə bağlı axtarışda olan 8 nəfər saxlanılıb.

Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Oxşar xəbərlər

Bu il korrupsiya əməlinə görə 25 nəfər cinayət başında saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror: Korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamran Əliyev: Bu il korrupsiya ilə bağlı 36 əməliyyat keçirilib, 29 nəfər cinayət başında yaxalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu rayonda anti-korrupsiya ƏMƏLİYYATI - Vəzifəli şəxs HƏBS EDİLDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvətə görə həbs olunan məmur barəsində daha bir cinayət işi başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər