Rüşvətə görə həbs olunan məmur barəsində daha bir cinayət işi başlanılıb
Həbsdə olan Lənkəranın sabiq baş memarı barəsində daha bir cinayət işi başlanılıb.
"Sizinxeber.az" xəbər verir ki, rüşvət almaqda təqsirləndirilərək məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum olunan Elgün Abdullayevin yeni cinayət əməlləri ortaya çıxıb.
Belə ki, Elgün Abdullayevin vətəndaşlara qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırdığı və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verdiyi məlum olub.
Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə ittiham verilib.
Onun barəsində cinayət işinin istintaqı başa çatdırılıb və baxılması üçün Lənkəran şəhər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Muradağa Qasımovun icraatına verilib.
Qeyd edək ki, Elgün Abdullayev 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Onun vətəndaşlardan külli miqdarda rüşvət aldığı məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Abdullayev 8 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Əziz Orucovun həbs müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












