DGK: Ötən il narkotik dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub
Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub.
APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsininin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində ötən il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və bu faktlar üzrə , ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar edilən narkotiklərin 314 kq 989 qramını marixuana, 28 kq 755 qramını həşiş, 25 kq 570 qramını heroin, 6 kq 214 qramını tiryək, 583,491 qramını metadon, 2 kq 667 qramını metamfetamin, 330 qramını kalium permanqanat, 6,55 qramını zolpidem, 5,98 qramını klobazam və digər maddələr təşkil edib.
2024-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 96 nəfər barəsində müvafiq tədbir görülüb.
Qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 98,3%-i (372 kq 768 qram) cənub sərhədlərindən Azərbaycan ərazisinə keçirilərkən aşkarlanıb. 2024-cü ildə qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin 90,2 %-i (342 kq 267 qram) Azərbaycan Respublikası ərazisindən tranzit keçirilməsinə cəhd zamanı aşkar edilib.
Oxşar xəbərlər
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən bir tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb
On ayda narkotiklə bağlı 8108 cinayət faktı aşkarlanıb
Bu il dəyəri 115 milyon AZN olan narkotik qanunsuz dövriyyədən çıxarılıb
Bu il narkotiklə bağlı 7170 cinayət aşkarlanıb, dövriyyədən 120 milyon manatlıq narkotik çıxarılıb
Narkotiklə bağlı 45 xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













