Bakıda 75 yaşlı kişini qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxs daha öncə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunub.
Məhkəmənin ilkin baxış iclası noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 20-də gecə paytaxtın Nizami rayonunda qeydə alınıb.
1965-ci il təvəllüdlü Zahid İsayev aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib.
Zahid İsayev saxlanılaraq istintaqa təhvil verilib, barəsində həbs-qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirləndirilir.
Oxşar xəbərlər
Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaçaqmalçılıqda təqsirli bilinən 3 "Duty free" işçisinin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda azyaşlı övladının gözü önündə arvadını öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













