Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib
Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən edilən çağırışlara baxmayaraq əllərdə olan silah-sursatı könüllü təhvil verməyən şəxslərin əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvandan "Kalaşnikov" avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq polisə təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir", məlumatda deyilir.
Oxşar xəbərlər
Bərdədə avtomat satmaq istəyən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə avtomat satmaq istəyən şəxs həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə qaçaqmalçılıqla ölkəyə gətirilən 2 kq tiryək aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda gizlədilən avtomat tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












