Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub
Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivinin ("Oleq Bakinski") cinayət işi üzrə məhkəmə prosesi başlayır.
"Report" xəbər verir ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun icratına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 17-nə təyin edilib.
"Oleq Bakinski" ilə bərabər, Ukrayna vətəndaşı Kuçer Kostantin Antonoviç də təqsirləndirilən şəxs qismində tanınıb.
Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlenie Postavkı Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.
İdarənin təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda həbs edilən ukraynalı milyarder və kriminal avtoritet Oleq Bakinskin nədə ittiham olunduğu məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda həbs edilən ukraynalı kriminal avtoritet Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda həbs edilən ukraynalı milyoner Oleq Bakinskinin istəyi reallaşmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













