Baş Prokurorluğun əməkdaşları təyyarə qəzası ilə bağlı Qroznıdadır, istintaq və digər prosessual hərəkətlər aparılır
sizinxeber.az xəbər saytı

Baş Prokurorluğun əməkdaşları təyyarə qəzası ilə bağlı Qroznıdadır, istintaq və digər prosessual hərəkətlər aparılır


Azərbaycan Baş Prokurorluğunun əməkdaşları Qroznıdadır.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir.

Bu məqsədlə, Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə razılaşmaya əsasən, həmin qurumdan olan həmkarları ilə birgə istintaq və digər prosessual hərəkətlər aparır.

Xatırladaq ki, dekabrın 25-də Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Aktauya ezam olunmuş prokurorluq əməkdaşlarından ibarət daha bir qrup hazırda qəzanın baş verdiyi yerdə Qazaxıstandan olan həmkarları ilə birgə zəruri tədbirlərin icrasını davam etdirir.

Oxşar xəbərlər

Baş prokurorluqda Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlanıb
Baş Prokurorluq: Təyyarə qəzası ilə bağlı bütün versiyalar üzrə ekspertiza aparılır, istintaq qrupu iş başındadır
Fərid Hüseynov: "Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı xüsusi istintaq qrupu yaradılıb"
Azərbaycan həkimlərindən ibarət briqada Aktau şəhərinə ezam olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle